17 oktyabr 2011 16:14
Yeni Azərbaycan çempionatı noyabrın 26-da başlayır
Qadın voleybolçular arasında Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, milli çempionata noyabrın 26-da start veriləcək.
Artıq yeni mövsümdə çıxış edəcək klublar da bəllidi. Belə ki, növbəti çempionatda 7 komandanın iştirakı gözlənilir. Onlar aşağıdakılardı:
Rabitə, Azərreyl, Lokomotiv, Bakı, İqtisadçı, Azəryolservis, Lokomotiv-2.
Rabitə, Azərreyl, Lokomotiv, Bakı, İqtisadçı, Azəryolservis, Lokomotiv-2.
