15 oktyabr 2011 11:55
Rabitə - dünyanın ən güclüsü (FOTOREPORTAJ)
Azerisport.az sizi ötən gün dünya çempionu adını qazanan təmsilçimiz “Rabitə”nin mükafatlandırılması mərasimindən hazırlanan fotoreportajla tanış edir. Qeyd edək ki, Qətərin paytaxtı Dohada baş tutan klublararası dünya çempionatının simvolik yığması da açıqlanıb. “Rabitə” nin qələbəsi ilə yekunlaşan mundialın 5 nominasiyasında 2 voleybolçumuz dünyanın ən yaxşısı adını qazanıb. Azərbaycan çempionunun bu mövsüm transfer etdiyi xorvatiyalı Nataşa Osmokroviç çempionatın ən dəyərli oyunçusu seçilib. O, həmçinin ən çox xal toplayan, ən yaxşı hücumçu və ən yaxşı topqəbuledici nominasiyalarında bütün rəqiblərindən güclü olub. “Rabitə”nin digər üzvü İrina Jukova isə ən yaxşı toppaylayıcı nominasiyasında fərqlənib.
