15 oktyabr 2011 12:56
Azərbaycan klubu üçün 200 000 dollar
Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubunun Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatındakı mükafatının dəyəri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız dünya çempionluğu ilə yanaşı, mükafata da layiq görülüb.
Belə ki, Azərbaycan təmsilçisinə ilk yeri tutduğuna görə 200 000 ABŞ dolları təqdim olunub. Xatırladaq ki, keçirdiyi bütün oyunları qələbə ilə başa vuran təmsilçimiz həlledici qarşılaşmada da Türkiyənin “Vakıfbank” klubunu darmadağın edərək (3:0) dünya çempionu adını qazandı.
