14 oktyabr 2011 13:41
Bürünc medalın sahibi müəyyənləşdi
Qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan və Qətərin Doha şəhərində keçirilən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq turnirin bürünc medalının sahibi müəyyənləşib.
Belə ki, bu gün keçirilən üçüncü yer uğrunda oyunda Braziliyanın “Osasco” klubu ötən gün “Rabitə”nin darmadağın etdiyi Dominikan Respublikasının “Mirador” klubu ilə qarşılaşıb. Braziliyalılar rəqib üzərində 3:0 hesablı qələbə sayəsində DÇ-nin bürünc medallarına sahib çıxıblar.
Qeyd edək ki, turnirin final matçı da bu gün keçiriləcək. Həlledici oyunda Azərbaycan çempionu “Rabitə” Türkiyənin “Vakıfbank” klubu ilə görüşəcək.
