13 oktyabr 2011 20:49
Rabitə DÇ-də finala yüksəldi (YENİLƏNİB)
Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirin yarımfinal oyunları keçirilib.
Bu mərhələyə qrup lideri kimi yüksələn Azərbaycan çempionu “Rabitə” də DÇ-nin finalına vəsiqə qazanmaq şansına malik idi. Bu yolda komandamızın rəqibi Dominikan Respublikasını təmsil edən “Mirador” idi.
Qeyd edək ki, “Rabitə” qrupdakı ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Braziliya “Osasco”su ilə qarşılaşma isə 3:2 hesablı qələbəyə ilə başa çatmışdı. “Mirador” isə öz qrupunda ilk olaraq Türkiyənin “Vakıfbank” klubuna 0:3 hesabıyla yenilib, ikinci matçında Keniyanın “Prisons” klubuna 3:2 hesabıyla qalib gələrək, qrup ikincisi kimi yarımfinala yüksəlmişdi.
Amma komandamız bu rəqibi yarımfinala çıxmasına peşman etdi. 3:0 hesablı darmadağın "Rabitə"ni ilk dəfə qatıldığı DÇ-nin finalına çıxarıb.
Sonda "Rabitə"nin finaldakı rəqibinin Türkiyənin "Vakıfbank" klubu olduğunu da bildirək. Bu komanda yarımfinalda ötən gün "Rabitə"nin çətinliklə yendiyi (3:2) Braziliyanın "Osasco" klubunu darmadağın edib - 3:0.
Voleybol
Dünya çempionatı
13 oktyabr
Rabitə - Mirador - 3:0 (25:15, 25:15, 25:8)
