12 oktyabr 2011 19:08
Rabitə yarımfinala qrup lideri kimi çıxdı (YENİLƏNİB)
Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnir çərçivəsində daha bir oyun keçirilib.
Belə ki, Azərbaycan çempionu “Rabitə” DÇ-dəki ikinci sınağında Braziliyanın “Osasco” klubu ilə qarşılaşıb. Hansı ki, hər ikisi ilk oyunlarını qələbə ilə başa vurmuşdular və növbəti mərhələyə yüksəlmələri dəqiqləşmişdi. Bu oyun isə sadəcə qrup liderliyini müəyyənləşdirmək baxımından əhəmiyyət kəsb edirdi.
Qarşılaşma çox gərgin keçib. Təmsilçimiz iki dəfə hesabda önə keçsə də, braziliyalılar bərabərliyə nail olublar. Lakin məhz tay-brekdə qazanılan qələbə Azərbaycan çempionunu yarımfinala qrup lideri kimi çıxarıb.
Xatırladaq ki, “Rabitə” ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Elə “Osasco” da bu komandanı eyni hesabla məğlub etmişdi.
Sonda onu da bildirək ki, digər yarımqrupda da Türkiyənin “Vakıfbank”, Dominikanın “Mirador” və Keniyanın “Praysonz” klubları mübarizə aparırlar. Hər qrupdan növbəti mərhələyə 2 komanda yüksəlir.
Voleybol
Dünya çempionatı
12 oktyabr
Rabitə - Osasco - 3:2 (25:12, 23:25, 25:18, 23:25, 15:6)
|
O
|
Q
|
M
|
S
|
T
|
X
|
|
|
Rabitə
|
2
|
2
|
0
|
6-3
|
207-182
|
6
|
|
Osasco
|
2
|
1
|
1
|
5-4
|
186-199
|
3
|
|
Çanq
|
2
|
0
|
2
|
2-6
|
164-196
|
0
|
