12 oktyabr 2011 15:38
“Əsl gücümüz hələ qarşıdakı oyunlarda üzə çıxacaq”
Ötən gün keçirilən DÇ-nin Tailand “Çanq”ı ilə oyunundan sonra Azərbaycan çempionu “Rabitə”nin bəzi üzvləri öz çıxışlarını şərh ediblər. Azerisport.az həmin açıqlamalarla sizi də tanış edir:
Nataşa Osmokroviç: "Bu gün ilk oyun idi və ona görə də kifayət qədər məsuliyyətli, eyni zamanda əsəbi oyun oldu. Komandamıza qələbə qazanmaq lazım idi ki, bunu da bacardıq. Amma bu heç də bizim ən yaxşı oyunumuz deyildi. Komanda yenidi, bizim əsl gücümüz hələ qarşıdakı oyunlarda üzə çıxacaq. Önəmli olan qələbə qazanmaq idi. Rəqibimiz kifayət qədər rəngarəng və qeyri-adi oyun üslubuna malik Asiya komandasıydı. Nə qədər geridə olsalarda, oyundan düşməyən, sona qədər dirənən komandadı. Biz oyunun hər komponentində daha yaxşısına qadirik, amma debüt oyununa çıxdığımız üçün biz az həyəcan hiss olunurdu. Burada bizi dəstəkləyən azarkeşlər də kifayət qədər idi. Onlara dərindən təşəkkürümüzü bildirmək istərdim. Bu turnir klubumuz üçün olduqca vacibdi və biz də buraya kiçik hədəflər üçün gəlməmişik. Ona görə azarkeşlərimizdən bu tempdə bizi dəstəkləməlirini davam etdirmələrini xahiş edərdim. Bildiyim qədəriylə Azərbaycandan da bizə öz dua və dəstəklərini göndərən insanlar kifayət qədərdi. Onların dəstəyinə və duasına çox ehtiyacımız var. Onlara atəşli salamlarımızı göndəririk. Hər oyunda onları sevindirməyə, oyunumzla zövq verməyə çalışacağıq”.
Mira Qoluboviç: “Tailandlılar kifayət qədər gözəl oyun nümayiş etdirdilər. Onlar fərqli ekolun voleybolunu oynayan tək-tük komandalardandı və olduqca güclü oyuna malikdirlər. Onların burada olması da təsadüf deyildi. Biz isə ilk oyunumuza çıxdıq. Əlbəttə ki, tam razı qala bilmərik,çünki bundan daha artığına qadirik. Amma ilk oyun üçün və həm də belə ciddi rəqibə qarşı qazanılan qələbə bizi sevindirməyə bilməz. Azərbaycan xalqına və “Rabitə” pərəstişkarlarına salamlarımızı çatdırmaq, onları çox sevdiyimizi söyləmək istərdim. Bizi belə dəstəkləməyə davam etsinlər.”
Sanya Staroviç: “Çox gərgin və maraqlı oyun oldu. Onlar hər yerdə yaxşı oynamağa cəhd edirdilər və bəzən bu onlarda çox gözəl alınırdı. Amma bu bizim ilk oyun idi və hələ hər şeyin qabaqda olduğunu söyləmək istərdim. Fərqli oyun üslubu bizi kifayət qədər çətinə salmağı bacardı. Onlar hesaba baxmadan yüksək əhval ruhiyyəylə oynayan komandadı. Biz də ilk oyunun stresini müəyyən anlarda hiss etdik. Rəqibə biz az imkan verən kimi çətinliklər yaşadıq,amma sonradan yenidən nəzarəti əlimizə keçirərək lazım olan qələbəni qazandıq. Burada və Azərbaycanda bizi dəstəkləyən hər kəsə sevgilərimi göndərirəm”.
