9 oktyabr 2011 20:14
Bakı darmadağınla növbəti mərhələdə! (YENİLƏNİB)
Bu gün Azərbaycanın “Bakı” voleybol klubu Çağırış kubokunda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, ilk dəfə bu turnirə qatılan təmsilçimiz doğma meydanda Kiprin “Anortosis” klubu ilə qarşılaşıb.
Qeyd edək ki, “Bakı” bu rəqibi ilə ilk görüşünü ötən gün keçirmişdi. Avrokuboklardakı debütü Azərbaycan təmsilçisi üçün kifayət qədər uğurlu alınmışdı və komandamız rəqibi üzərində 3:0 hesablı darmadağına imza atmışdı.
Klublar arasındakı razılığa əsasən hər iki oyun Bakıda keçirilməliydi. Belə olan halda, “Bakı”nın növbəti oyunda da sürprizə imkan verməyəcəyi şübhə doğurmurdu. Gözlənildiyi kimi, komandamız cavab matçında da eyni hesabla qələbə qazanıb və növbəti mərhələyə adlayıb.
Sonda onu da bildirək ki, komandamızın ikinci mərhələdəki rəqibi Fransanın "Evre" klubu olacaq.
Voleybol
Çağırış kuboku
Cavab oyunu
9 oktyabr
Bakı – Anortosis - 3:0 (25:10, 25:9, 25:16)
