9 oktyabr 2011 00:34
Türklər darmadağınla başladı, Azərbaycan çempionu gözləyir
Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, turnirin ilk oyununda Türkiyənin “Vakıfbank” klubu Dominikan “Mirador”u ilə qarşılaşıb.
Qarşılaşma Türkiyə təmsilçisinin rəqibi üzərində inamlı qələbəsi ilə yadda qalıb - 3:0. Oktyabrın 10-da isə “Mirador” Keniyanın “Praysonz” klubu ilə qarşılaşacaq.
Azərbaycan çempionu “Rabitə” isə ilk oyununu oktyabrın 11-də keçirəcək. Təmsilçimiz həmin gün Tailand “Çanq”ı ilə qarşılaşacaq. Ayın 13-də voleybolçularımız qrupumuzdakı digər rəqib – Braziliyanın “Osasco” klubu ilə görüşəcəklər.
