8 oktyabr 2011 20:20
Bakı tarixi oyunda darmadağına imza atdı
Bu gün Azərbaycanın “Bakı” voleybol klubu Çağırış kubokunda debüt matçına çıxıb. Azerisport.az xəbər verir ki, ilk dəfə bu turnirdə oyun keçirən təmsilçimiz doğma meydanda Kiprin “Anortosis” klubunu qəbul edib.
Avrokuboklardakı debütü Azərbaycan təmsilçisi üçün kifayət qədər uğurlu alınıb. Belə ki, “Bakı” rəqibini darmadağın edib – 3:0.
Qeyd edək ki, iki klub arasındakı razılığa əsasən tərəflər arasındakı hər iki oyun Bakıda keçiriləcək. Belə olan halda, “Bakı”nın növbəti mərhələyə adlamaq şansının daha çox olduğu aydındı.
Voleybol
Çağırış kuboku
8 oktyabr
Bakı – Anortosis – 3:0 (25:7, 25:7, 25:8)
