3 oktyabr 2011 17:08
Bakıda daha bir mötəbər turnir
Bakı 2012-ci ildə keçiriləcək London olimpiadasına lisenziya qazandıra biləcək daha bir turnirə ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, bu turnir noyabrın 8-dən 13-dək davam edəcək.
Voleybol üzrə yığma komandamızın da iştirak edəcəyi turnirdə rəqiblərimiz Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstan olacaq. Turnirin ən yaxşı komandası növbəti olimpiya oyunlarına lisenziya verən növbəti birinciliyə vəsiqə əldə edəcək.
Türkiyənin İstanbul şəhərində keçiriləcək həmin turnir gələn ilin may ayında gerçəkləşəcək. Qeyd edək ki, bu turnirdə iştirak hüququnu artıq Türkiyə, Almaniya, Serbiya, İtaliya və Polşa qazanıb.
