3 oktyabr 2011 15:38
Bakı Türkiyə klubunu məğlub etdi
Beş gündən sonra ilk dəfə olaraq “Çağırış Kubokunda” çıxış edəcək “Bakı” voleybol klubu hazırda Türkiyənin İstanbul şəhərində təlim-məşq toplantısını davam etdirir. Azerisport.az xəbər verir ki, 25 sentyabrda İstanbula yola düşən komandamız orada təlim-məşq toplantısı ilə bərabər yoldaşlıq görüşləri də keçirib.
Ən son yoldaşlıq görüşünü Türkiyənin ən güclü klublarında biri olan “Eczacıbaşı”na qarşı keçirən Azərbaycan təmsilçisi qələbə qazanıb – 3:1.
Qeyd edək ki, 8-9 oktyabr tarixlərində paytaxt klubu Çağırış Kubakunda Kiprin “Aruji Anorthosis Famagusta” klubu ilə qarşılacaq.
