3 oktyabr 2011 02:04
Yeni Avropa çempionunun adı müəyyənləşdi
Qadın voleybolçular arasında İtaliya və Serbiyada təşkil olunan Avropa çempionatının qalibinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, finalda Almaniya millisi ilə qarşılaşan Serbiya voleybolçuları rəqibini 3:2 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
Almanlar matça yaxşı başlayıblar. İlk setdə 25:16 hesabı ilə qələbə qazanan almanlar ikinci setdə məğlub olublar - 20:25. Üçüncü setdə hesabda geri düşən serblər yenidən tarazlığı bərpa ediblər. Lakin həlledici setdə daha dəqiq oynayan meydan sahibləri qızıl medallara yiyələniblər.
Voleybol
Avropa çempionatı
Final
2 oktyabr
Serbiya - Almaniya - 3:2 (16:25, 25:20, 19:25, 25:20, 15:9)
