2 oktyabr 2011 22:00
Türkiyə Avropa üçüncüsü oldu
İtaliya və Serbiyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün yarışın üçüncü yeri uğrunda oyunu keçirilib.
Millimizlə eyni qrupda yer almış və komandamızı 3:1 hesabı ilə yenmiş Türkiyə millisi İtaliyanı sınağa çəkib. Türklər meydan sahibləri üzərində 3:2 (21:25, 25:15, 27:25, 19:25, 10:15) hesablı qələbə qazanıb.
Bununla da "ay-ulduzlular" Avropa çempionatının bürünc medallarına sahib çıxıblar. Xatırladaq ki, İtaliya da elə yığmamızla eyni qrupda yer almışdı və türklər həmin mərhələdə də eyni hesabla qələbə qazanmışdılar.
