2 oktyabr 2011 02:30
Yığmamızın qənimləri finala həsrət qaldı
Serbiya və İtaliyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün yarımfinal mərhələsinin görüşləri keçirilib.
Avropa çempionatının ev sahiblərindən olan Serbiya 1/2 finalda Türkiyə ilə qarşılaşıb. Kifayət qədər gərgin keçən qarşılaşmada millimizin qrupundan çıxmış qardaş ölkə voleybolçuları məhz həlledici setdə uduzaraq, finala çıxa bilməyiblər.
Azərbaycan yer aldığı qrupdan birinci yerlə çıxan İtaliya isə Almaniya ilə qarşılaşıb. Daha üstün oynayan almanlar AÇ-nin digər ev sahibini darmadağın edərək finala yüksəliblər.
Beləliklə, AÇ-nin finalında Serbiya və Almaniya qarşılaşacaq. Həlledici oyun bu gün keçiriləcək.
Voleybol
Avropa çempionatı
Yarımfinal
1 oktyabr
Almaniya – İtaliya – 3:0 (25:22, 25:22, 25:17)
Serbiya – Türkiyə - 3:2 (25:10, 25:22, 23:25, 23:25, 15:12)
