28 sentyabr 2011 01:23

Millimiz Hollandiya ilə bacarmdı (YENİLƏNİB)

Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatının pley-off mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, bu mərhələyə vəsiqə qazanmış Azərbaycan millisi də növbəti sınağına məhz bu gün çıxıb.
 
Faiq Qarayevin yetirmələri növbəti mərhələyə vəsiqə uğrunda Hollandiya ilə mübarizə aparırdı. Qeyd edək ki, bu cütün qalibini 1/4 finalda İtaliya ilə qarşılaşma gözləyirdi. Hansı ki, qrup mərhələsində millimizlə eyni qrupdaydı və voleybolçularımıza 3:0 hesabıyla qalib gəlmişdi.

Yığmamız hollandlarla görüşün ilk setinə pis başlasa da, tezliklə özünü toparlayıb üstünlüyü ələ aldı. Nəticədə sona kimi üstünlüyünü qoruyan Qarayevin yetirmələri birinci seti qələbəylə başa vurdu. İkinci setdə isə millimiz çox yaxşı təsir bağışlayırdı. Hətta hamı voleybolçularımızın ikinci seti də qələbəylə bitirəcəyini gözlədiyi vaxtda, Qarayevin yetirmələri inanılmaz da olsa, 24:21 hesablı üstünlüyü əldən verərək məğlub oldular. Məhz belə üstünlüyü əldən vermələri voleybolçularımızın üçüncü setdəki çıxışına da təsirsiz ötüşmədi. Nəticədə hollandlar növbəti seti fərqli hesabla qazandılar. Elə dördüncü setdə də Hollandiya yığması komandamızın üzvlərinə heç bir şans yeri qoymayıb və ümumi nəticədə qələbəni təmin ediblər.
    
Voleybol
Avropa çempionatı
Pley-off mərhələsi
1/8 final
  
Azərbaycan – Hollandiya - 1:3
(25:23, 25:27, 16:25, 17:25)
 
1/8 final mərhələsinin digər oyunlarında aşağıdakı komandalar qarşılaşırlar: Çexiya – Fransa, Serbiya – Rumıniya, Türkiyə - İspaniya - 3:0.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub