27 sentyabr 2011 14:28
Millimizin liderinin ulduzu Amerikada parladı (FOTOLAR)
Azərbaycan voleybolunun əvəzolunmaz ulduzu, müasir qadın voleybolunda özünəməxsus yeri olan milli komandamızın lideri və “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədova yerli voleybolsevərlərə xoş anlar yaşatmaqdadı. Azerisport.az xəbər verir ki, qazandığı uğurlarla dünya voleybolunda öz adından söz etdirən ulduz oyunçu bu günlərdə Amerikanın ən mötəbər voleybol qurumlarından olan, beynəlxalq arenada ən böyük nüfuza sahib olan və bütün voleybol dünyası tərəfindən izlənilən “VolleyWood” qurumu tərəfindən fərəhverici mükafata layiq görülüb.
Belə ki, dünya voleybolunun “HollyWood”u sayılan bu qurum böyük bir proyektin icrasına başlayıb. Çox qürurverici haldı ki, bu proyektin ilk iki sıralarından biri məhz Azərbaycan voleybolunun təmsilçisinə həsr olunub. Belə ki, “VolleyWood” müasir dünya voleybolunda seçilən kişi və qadın voleybolçuların adını yeni qurulan “Şərəf Lövhəsi”nə qeyd etməklə onların adının tarixə qovuşması üçün böyük layihəyə başlayıb. İlk olaraq bu ada layiq olan voleybolçu isə Polşanın kişilərdən ibarət milli komandasının üzvü Bartek Kurekdi. Qadın voleybolunda isə bu şərəfə ilk dəfə məhz Azərbaycanlı Natalya Məmmədovaya layiq görülüb.
Qeyd edək ki, bu proyekt müəyyən bir mərhələyə çatdıqdan sonra bu ulduzların saxlanılacağı bir muzeyin təsisi də “VolleyWood” tərəfindən nəzərdə tutulub. Uzun müddətdir ki, beynəlxalq arenada uğurlu çıxışıyla yadda qalan ulduz oyunçumuz bu mükafata karyerası ərzində qazandığı bu uğurlar sayəsində nail olub:
Fərdi mükafatlar:
"Ən məhsuldar", 2004-05 Çempionlar liqası
"Ən yaxşı hücumçu", 2004-05 Çempionlar liqası
" Ən məhsuldar ", 2005-06 Çempionlar liqası
"Ən Dəyərli Oyunçu", 2006 FIVB Dünya Qran-Prisi təsnifatı
" Ən məhsuldar ", 2006 FIVB Dwnya Qran-Prisi
" Ən məhsuldar ", 2006-07 Çempionlar liqası
" Qızıl Top ", 2007 Avropanın Ən Yaxşı Oyuçusu
" Ən Dəyərli Oyunçu ", 2007-08 İsveçrə Çempionatı
" Ən məhsuldar ", 2007-08 İsveçrə Çempionatı
" Ən Dəyərli Oyunçu ", 2007-08 İsveçrə Kuboku
" Ən məhsuldar ", 2010 Dünya Çempionatı təsnifatı
" Ən məhsuldar ", 2009-10 Rusiya Superliqası
" Ən məhsuldar ", 2009-10 Russian Superliqası Pley-Off
" Ən məhsuldar ", 2010-11 Çempionlar liqası 4`lər Finalı
"Ən yaxşı hücumçu", 2010-11 Azərbaycan Superliqası
Çıxış etdiyi klublar:
2002-03 Zareçye Odintsovo (Rusiya)
2003-04 Azərreyl BAKI
2004-05 Azərreyl BAKI
2005-06 Azərreyl BAKI
2006 Volero Surix (İsveçrə)
2006-07 Azərreyl BAKI
2007 BigMat Kyeri (Italiya)
2007-08 Volero Surix (İsveçrə)
2008 Icaro Palma (İspaniya)
2008-09 Türk Telekom (Türkiyə)
2009-10 Dinamo Krasnodar (Rusiya)
2010/ -- Rabitə BAKI
