26 sentyabr 2011 11:52
Xorvatlar Türkiyə - İtaliya oyununun danışılmış olduğunu iddia edirlər
Voleybol üzrə Xorvatiya yığmasının bəzi üzvləri hesab edirlər ki, Avropa çempionatının B qrupunun son turunda oynanılan Türkiyə - İtaliya oyununun nəticəsi öncədən razılaşdırılıbmış. Azerisport.az xəbər verir ki, xorvatlar bu oyunun tay-brekə qədər irəliləməsinin qəsdən atılmış bir addım olduğunu iddia edirlər.
Çünki məhz belə olan halda Xorvatiya yığması qrup sonuncusu, İtaliya birinci, Türkiyə ikinci, Azərbaycan isə üçüncü yerlə pley-off mərhələsinə adlayacaqdı. Hansı ki, belə də oldu.
Xatırladaq ki, sözügedən qalmaqallı oyunda Türkiyəyə hətta 2:3 hesablı məğlubiyyət də sərf edirdi. Amma qardaş ölkə voleybolçuları 3:2 hesabıyla qələbə qazandılar.
