26 sentyabr 2011 11:25
Faiq Qarayev: Biz Hollandiyanı məğlub edə bilərik
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev Avropa çempionatının pley-off mərhələsindəki rəqibimizi dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, Hollandiya barədə bunları dilə gətirib:
“Xorvatiya ilə oyunda qızlar özlərini əsl komanda kimi göstərə bildilər. Gəlin bütün neqativ şeyləri bir kənara qoyaq. Bu, hər bir komandada var. Mən əminəm ki, bu oyunu Hollandiyaya qarşı da sərgiləyə bilsək, onları məğlub edə bilərik”.