26 sentyabr 2011 02:16
Azərbaycan 3-cü oldu, digər vəsiqə Türkiyəyə çatdı
Voleybolçu qadınlar arasında keçirilən Avropa çempionatının B qrupunda sonuncu - 3-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı qrupun son görüşündə meydan sahibi İtaliya Türkiyə ilə qarşılaşıb.
Bu oyunadək İtaliya və Azərbaycan yığmaları AÇ-nin pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirdiyindən Türkiyə millisinə ən azı 2 setdə qələbə qazanmaq lazım idi. Qardaş ölkə təmsilçisi məhz belə olan halda Xorvatiyanın qrup sonuncu kimi kənarda qalmasına və növbəti mərhələyə vəsiqə qazanmağa nail olacaqdı.
İlk oyununda millimizi 3:1 hesabıyla yenib, sonradan Xorvatiyaya darmadağın olan (0:3) türklər İtaliya ilə görüşdə çətin qələbəyə seviniblər – 3:2. Bunun sayəsində də Türkiyə millimizin yer aldığı qrupdan pley-offa yüksələn üçüncü iştirakçı olub. Millimiz isə qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.
|
1. İtaliya
|
3
|
2
|
1
|
8-4
|
7
|
|
2. Türkiyə
|
3
|
2
|
1
|
6-6
|
5
|
|
3. Azərbaycan
|
3
|
1
|
2
|
5-7
|
3
|
|
4. Xorvatiya
|
3
|
1
|
2
|
4-6
|
3
|
