26 sentyabr 2011 13:01
“Azərbaycan elə də çətin rəqib deyil”
Voleybolçu qadınlardan ibarət Hollandiya yığmasının baş məşqçisi Avital Selincer Avropa çempionatının pley-off mərhələsində onlara rəqib olan Azərbaycan millisi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Əlbəttə, Azərbaycan elə də çətin rəqib deyil. Çünki Türkiyə ilə də düşə bilərdik. Amma istənilən halda bizə çətin olacaq. Azərbaycan Xorvatiyanı məğlub etdi. Hansı ki, yarımfinala çıxmağı qarşısına məqsəd qoyan bir komandaydı. Rəqibimiz çox güclü bir qrupdan çıxmağı bacarıb. Ən azı buna görə onlara hörmətlə yanaşmalıyıq”.