25 sentyabr 2011 12:31
Yığmamızın baş məşqçisi hakimlərdən narazıdı
Voleybol üzrə yığma komandamızın baş məşqçisi Faiq Qarayev Avropa çempionatının ötən gün keçirilən İtaliya – Azərbaycan (3:1) oyununun hakimliyindən narazı qalıb. Azerisport.az saytına müsahibəsində təcrübəli mütəxəssis ədalət təmsilçilərinin bir neçə epizodda meydan sahiblərinin lehinə olan yanlış qərarlar verdiklərini iddia edir:
“Mən heç vaxt hakimlərin işinə qarışmamışam, onlara irad tutmamışam. Amma bu oyunda onlar minimum beş düzgün olmayan qərar qəbul etdilər. Özü də bunu təkcə mən demirəm. Türkiyəli jurnalistlər də eyni şeyi deyirlər. Hər halda bu oyunumuzda Türkiyə ilə qarşılaşmadakından daha yaxşı çıxış etdik”.