25 sentyabr 2011 22:30
Yığmamız növbəti mərhələdə!!! (YENİLƏNİB)
Bu gün İtaliyanın Monza şəhərində voleybol üzrə qadınlardan ibarət yığmalar arasında Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan yığması da son oyununa çıxıb.
Faiq Qarayevin yetirmələrinin bu dəfəki rəqibi Xorvatiya yığmasıydı. Keçirdiyi ilk iki oyunda Türkiyəyə və İtaliyaya eyni hesabla (1:3) məğlub olan komandamız üçün bu oyun növbəti mərhələyə adlamaq üçün son şans idi. Voleybolçu qızlarımız pley-offa vəsiqə qazanmaq üçün ən azı 3:0 və 3:1 hesablı qələbə qazanmalıydılar. Çünki növbəti mərhələyə qrupdakı ilk 3 yerin sahibləri vəsiqə qazanacaqdılar.
Yığmamız məhz son şansından maksimum yararlanaraq, pley-offa çıxmağı bacardı. Qrupumuzun digər oyununda isə İtaliya Xorvatiya ilə görüşəcək. Sözügedən görüş Bakı vaxtı ilə 23:30-da başlayacaq. Artıq İtaliyanın qrup lideri kimi qrupdan çıxması dəqiqləşib. Yığmamız da ən azı qrup üçüncüsü kimi pley-offa vəsiqəni rəsmiləşdirib. Üçüncü vəsiqəyə isə məhz İtaliya - Türkiyə görüşündə aydınlıq gələcək. Türklər növbəti mərhələyə vəsiqə qazanmaq üçün ən azı 2 setdə qalib gəlməlidilər. Əks halda qrupdan Xorvatiya çıxacaq, qardaş ölkə voleybolçuları isə AÇ ilə vidalaşacaqlar.
Avropa çempionatı
B qrupu
25 sentyabr
Azərbaycan – Xorvatiya - 3:1 (27:25, 18:21, 25:21, 25:18)
B qrupundakı son durum: İtaliya – 6 xal (6:1), Azərbaycan – 3 (5:7), Xorvatiya – 3 (3:3), Türkiyə - 3 (3:4).
B qrupundakı son durum: İtaliya – 6 xal (6:1), Azərbaycan – 3 (5:7), Xorvatiya – 3 (3:3), Türkiyə - 3 (3:4).
