25 sentyabr 2011 01:24
Millimiz İtaliyaya da uduzdu (YENİLƏNİB)
Bu gün İtaliyanın Monza şəhərində voleybol üzrə qadınlardan ibarət yığmalar arasında Avropa çempionatının növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan yığması da ikinci oyununa çıxıb.
Faiq Qarayevin yetirmələrinin bu dəfəki rəqibi qrupumuzun digər iddialısı – meydan sahibi olan İtaliya idi. Dünən keçirdiyi ilk oyunda Türkiyəyə 1:3 hesabıyla məğlub olan komandamızın bu dəfə sensasiyaya imza atacağını gözləsək də, bu, alınmayıb. Komandamızın gücü sadəcə 1 setdə qələbə qazanmağa çatıb.
Qrupumuzun digər oyununda isə Türkiyə Xorvatiya ilə görüşüb. Bakı vaxtı ilə saat 20:30-da başlayan görüş türklərin 0:3 hesablı məğlubiyyəti ilə bitib.
Avropa çempionatı
B qrupu
Azərbaycan - İtaliya - 1:3 (22:25, 22:25, 25:21, 16:25)
B qrupundakı son durum: İtaliya – 6 xal (6:1), Türkiyə - 3 (3:4), Xorvatiya – 3 (3:3), Azərbaycan – 0 (2:6).
