23 sentyabr 2011 22:23
Yığmamız Türkiyəyə məğlubiyyətlə başladı (YENİLƏNİB)
Bu gün İtaliyanın Monza şəhərində voleybol üzrə qadınlardan ibarət yığmalar arasında Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, b qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Türkiyəyə qarşı keçirib.
Qarşılaşmanın ilk setində yığmamız çətinliklə də olsa, qələbə qazanıb 25:23. İkinci setdə heç də özünə bənzəməyən komandamız bunun məntiqi nəticəsi kimi arzuolunmaz yenilgiylə üzləşiblər. Elə növbəti setdə də millimiz məğlub olan tərəf olub. Dördüncü set yığmamız üçün çox yaxşı başlasa da, təəssüf ki, sonrakı dəqiqələrdə əla üstünlüyü əldən verib və məğlubiyyətlə barışmalı olub.
Qrupumuzun digər oyununda isə İtaliya Xorvatiya ilə görüşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Türkiyə - Azərbaycan - 3:1 (23:25, 25:17, 25:19, 25:21)
