23 sentyabr 2011 15:38
Faiq Qarayev: Biz ya İtaliyanı, ya da Xorvatiyanı sıxışdırmalıyıq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev bu gün keçiriləcək Avropa çempionatının Türkiyə ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Türkiyə ilə qarşılaşma barədə nə deyərdiniz?
- Bizi çox çətin rəqiblə qarşılaşma gözləyir. Türkiyə yığması sonuncu Avroliqada ikinci olmuşdu. Güclü oyunçulara, baş məşqçiyə malik komandadı. Bu AÇ-nin də favoritləri arasındadılar.
- Bizi çox çətin rəqiblə qarşılaşma gözləyir. Türkiyə yığması sonuncu Avroliqada ikinci olmuşdu. Güclü oyunçulara, baş məşqçiyə malik komandadı. Bu AÇ-nin də favoritləri arasındadılar.
- Bəs bizim yığmamız necə?
- Düzünü deyim ki, mən proqnoz verməyi xoşlamıram. Əsas öz oyununu göstərməkdi. O zaman bizi saxlamaq çox çətin olacaq. Təəssüf ki, biz AÇ öncəsi məlum problemlərlə üz-üzəyik. Hansı ki, bunun başında da zədə problemləri dayanır.

- Hazırda neçə zədəlimiz var?
- Beş. Özü də beşi də əsas heyətin oyunçularıdı. Hər birinin öz dərdi var. Amma onlara tapşırmışam ki, bunları unutsunlar. İdmançı zədə barədə düşünməməlidi.
- Beş. Özü də beşi də əsas heyətin oyunçularıdı. Hər birinin öz dərdi var. Amma onlara tapşırmışam ki, bunları unutsunlar. İdmançı zədə barədə düşünməməlidi.
- Kseniya Kovalenkonun AÇ-ni buraxmaq təhlükəsi olsa da, o, sıraya dönə bildi...
- Mən artıq birinci il deyil baş məşqçi işləyirəm. Bilirəm ki, idmançılarda hər şey psixologiyadan irəli gəlir. Əgər sən oyuna yaxşı köklənə bilsən, onda hər şey alınacaq. Biz öz rəqiblərimizə hörmətlə yanaşırıq və heç kimə güzəştə getməyə hazırlaşmırıq.
- Türkiyə bizim üçün tanış rəqibdi. Bu, bizim üçün müəyyən üstünlük sayıla bilər?
- Bunu oyundan sonra biləcəyik (gülür). Yoxsa, siz elə düşünürsüz ki, onlar bizi pis tanıyırlar? Mənim üçün əsas olan odu ki, biz ardıcıl dördüncü dəfə Avropa çempionatının final mərhələsinə çıxırıq. Bu komanda daha yüksək yerlər üçün oynamağa layiqdi. Potensialımıza görə heç kimə güzəştə getmirik.
- Siz artıq komandanın qarşısına hansısa hədəflər qoymusuz?
- Qızlar bilirlər ki, oynamaq və qələbə qazanmaq lazımdı. Qrupdan çıxmalı, daha sonra isə pley-offda mümkün qədər uzağa irəliləməliyik. Bizim çox güclü qrupumuz var. Həm İtaliya, həm də Xorvatiya Avropa voleybolunun liderləridi. Amma biz onlardan birini sıxışdırmalıyıq. Biz bunu bacararıq.