23 sentyabr 2011 00:45
Yığmamızın AÇ macərası bu gün başlayır
Bu gün voleybol üzrə qadınlar arasında Avropa Çempionatının final mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində 16 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Çempionat İtaliyanın Monza və Busto Arsizio, eləcə də Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində keçiriləcək.
Qrup məhələsində birinci yeri tutan komandalar birbaşa 1/ 4 final mərhələsində, ikinci və üçüncü yerləri tutan komandalar isə pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.
|
A qrupu
|
B qrupu
|
C qrupu
|
D qrupu
|
|
Belqrad
|
Monza
|
Zrenyanin
|
Busto Arsizio
|
|
Almaniya
|
Türkiyə
|
İsrail
|
Hollandiya
|
|
Fransa
|
Azərbaycan
|
Rumuniya
|
Bolqarıstan
|
|
Ukrayna
|
İtaliya
|
Çexiya
|
İspaniya
|
|
Serbiya
|
Xorvatiya
|
Polşa
|
Rusiya
|
Avropa Çempionatının final mərhələsində qrup oyunlarından sonra pley-off mərhələsinin oyunları Belqrad və Monza şəhərlərində keçiriləcək (2C-3A); (2A-3C); (2D-3B); (2B-3D).
1/4 final mərhələsinin oyunları:
Belqrad .A qrupunun qalibi – 2C/ 3A cütlüyünün qalibi ilə
Belqrad .C qrupunun qalibi – 2A/ 3C cütlüyünün qalibi ilə
Monza .B qrupunun qalibi – 2D/ 3B cütlüyünün qalibi ilə
Monza .D qrupunun qalibi – 2B/ 3D cütlüyünün qalibi ilə
Qalib gələn komandalar 1/2 finala vəsiqə qazanacaq, məğlub olmuş komandalar isə xal hesabına görə 9, 10, 11, 12 yerlərdə Avropa Çempionatının final mərhələsini yekunlaşdıracaqlar. Avropa Çempionmatının final mərhələsi oktyabrın 2-də sona çatacaq.
