19 sentyabr 2011 13:42
İspaniya Azərbaycandan qisasını aldı
Voleybolçu qadınlardan ibarət yığmamızın İspaniyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlıq çərçivəsində baş məşqçi Faiq Qarayev yetirmələrini yoxlama oyununda da sınaqdan keçirir.
Millimizin rəqibi isə elə yerli İspaniya yığması olub. Bu komanda ilə növbəti qarşılaşma 3:2 hesabı ilə İspaniya voleybolçularının xeyrinə başa çatıb.
Qeyd edək ki, bundan bir neçə gün öncə Barselona şəhərində keçirilən digər görüşdə yığmamız ispanları eyni hesabla məğlub etməyi bacarmışdı.
Nəzərinizə çatdıraq ki, yığmamız İspaniyadakı təlim-məşq toplanışından sonra birbaşa İtalyanın Monza şəhərinə yola düşəcək. 23 sentyabrda start götürəcək Avropa Çempionatının final mərhələsi İtalyada (Monza) və Serbiyada (Zrenjanin) keçiriləcək.
