16 sentyabr 2011 11:48
Azərbaycan İspaniyanı Barselonada məğlub etdi
Voleybolçu qadınlardan ibarət yığmamızın İspaniyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlıq çərçivəsində ötən gün baş məşqçi Faiq Qarayev yetirmələrini yoxlama oyununda da sınaqdan keçirib.
Millimizin rəqibi isə elə yerli İspaniya yığması olub. Qarşılaşma 3:2 hesabı ilə voleybolçularımızın xeyrinə başa çatıb.
Qeyd edək ki, Barselona şəhərində keçirilən görüşdə ispanların heyətində “Bakı”nın voleybolçusu Mariya Fernandes də yığmamıza qarşı çıxış etmək şansı qazanıb.
