16 sentyabr 2011 13:01
Azərbaycan İspaniya ilə daha 2 oyun keçirəcək
Voleybol üzrə qadınlardan ibarət milli komandamızın Avropa çempionatının final mərhələsinə hazırlığı davam edir. Azerisport.az xəbər verir ki, iyul vəavqust aylarında komandamız İsrail millisi və Rusiyanın tanınmış komandası “Uraloçka” klubuiləbir neçəyoldaşlıqgörüşükeçirmişdi.
Sentyabrın 12-dən isə İspaniyanın Barselona şəhərində hazırlıq keçən komandamız artıq burda da sınaq görüşünə çıxıb. Komandamız bu görüşdə 3:2 hesablı qələbə qazanıb.
Amma Faiq Qarayevin yetirmələri ispanlarla daha iki dəfə qarşılaşmalı olacaq. Bu görüşlərdən birinin sentyabrın 17-də, digərinin isə 18-də keçirilməsi nəzərdə tutulub.
Nəzərinizə çatdıraq ki, yığmamız İspaniyadakı təlim-məşq toplanışından sonra birbaşa İtalyanın Monza şəhərinə yola düşəcək. 23 sentyabrda start götürəcək Avropa Çempionatının final mərhələsi İtalyada (Monza) və Serbiyada (Zrenjanin) keçiriləcək.
