15 sentyabr 2011 14:46
Azərreyl ÇL-ə səfərdə start verəcək
“Azərreyl” voleybol klubunun Avropa Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli olub. Azerisport.az xəbər verir ki, komandamızın keçirəcəyi ev və səfər oyunlarının tam təqvimi aşağıdakı qrafikdə göstərilib.
İlk oyunda səfərdə Rumıniya komandası “Konstanta”nın qonağı olacaq “Azərreyl” ilk ev oyununu da İtaliyanın “Foppapedretti” komandasına qarşı ikinci tur çərçivəsində keçirəcək. Türkiyənin “ Vakıfbank” klubu ilə ilk qarşılaşma da evdə baş tutacaq.
Voleybol Çempionlar Liqası
Qadınlar
Qrup Mərhələsi
29 noyabr
Konstanta (Rumıniya) – Azərreyl
7 dekabr
Azərreyl – Foppapedretti (İtaliya)
14 dekabr
Azərreyl – Vakıfbank (Türkiyə)
20 dekabr
Vakıfbank (Türkiyə) – Azərreyl
12 yanvar, 2012
Foppapedretti (İtaliya) - Azərreyl
17 yanvar, 2012
19:00. Azərreyl – Konstanta (Rumıniya)
