14 sentyabr 2011 00:47
Millimizin baş məşqçisi Türkiyə - Almaniya duelini izlədi
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev milli komandamız ilə birgə İspaniyaya yola düşməzdən əvvəl Türkiyədə olub. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis burada AÇ-2011-in final mərhələsindəki rəqibimiz Türkiyə millisinin Almaniya voleybolçuları ilə yoxlama matçlarını izləyib.
Xatırladaq ki, oyun 3:1 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.
