13 sentyabr 2011 16:44
Azərbaycanın Türkiyə və İtaliya ilə oyunlarını idarə edəcək hakimlər açıqlandı
Voleybol üzrə Avropa çempionatının final mərhələsinin B qrupunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qrupun görüşlərini Fransadan olan Filippe Verike, Lixtenşteyndən Filippe Şurmann, Çexiyadan Karin Zaxarçova və polşalı Petr Dudek idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması da B qrupunda yer alır. Komandamızın rəqibləri isə İtaliya, Türkiyə və Xorvatiya voleybolçuları olacaq.
AÇ-2011-in final mərhələsinin B qrupunun oyunları sentyabrın 23-də start götürəcək.
