11 sentyabr 2011 00:26
Yığmamız İspaniya ilə yoldaşlıq oyunu keçirəcək
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlıq çərçivəsində millimiz İsrail yığması və Rusiyanın “Uraloçka” klubu ilə bir neçə yoldaşlıq görüşü keçirib.
Hazırda Bakıda məşqləri davam etdirən millimiz sentyabrın 12-də İspaniyanın Barselona şəhərinə yola düşəcək. Qızlarımız İspaniya millisi ilə bir neçə yoldaşlıq görüşü keçirəcəklər.
İspaniyadakı təlim-məşq toplanışından sonra millimiz İtaliyanın Monza şəhərinə gedəcək. Xatırladaq ki, sentyabrın 23-də start götürəcək Avropa çempionatının final mərhələsi İtaliya (Monza) və Serbiyada (Zrenjanin) keçiriləcək. Avropa çempionu isə oktyabrın 2-də müəyyənləşəcək.
