1 sentyabr 2011 19:35

Azərbaycan yığması İspaniyaya gedir

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Quba Olimpiya Kompleksində təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Uraloçka” komandası ilə üç yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşmaların ikisində millimiz, bir görüşdə isə “Uraloçka” klubu qalib gəlib.
 
Sentyabrın 2-3-də yığma komandamız Rusiya voleybolçuları ilə daha iki yoldaşlıq oyunu keçirəcək. Sentyabrın 12-də isə voleybolçu qızlarımız təlim-məşq toplanışını davam etdirmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcəklər. Yığma komandamız burada təlim-məşq toplanışları ilə bərabər, İspaniya klubları ilə yoldaşlıq görüşləri də keçirəcək.
 
Milli komandamız təlim-məşq toplanışlarını başa çatdırdıqdan sonra sentyabrın 21-də İtaliyanın Monza şəhərinə gedəcək. Komandamız burda sentyabrın 23-də burada start götürəcək Avropa çempionatında iştirak edəcək.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub