25 avqust 2011 18:36

“Azərbaycan Olimpiya Oyunlarında bir neçə medal qazana bilər”

Macarıstanın Seqed şəhərində 17 – 21 avqustda keçirilmiş dünya çempionatını izləyənlər arasında Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes də var idi. Azerisport.az xəbər verir ki, o, nüfuzlu yarışda 500 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçilərini şəxsən mükafatlandırdı, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyevaya qazanılan 1 qızıl, 3 gümüş medal münasibətilə təbriklərini çatdırdı. İCF prezidenti AMAF-ın rəsmi saytının suallarını cavablandırmağa da vaxt tapıb:
 
- Cənab Perurena, dünya çempionatını sonadək izlədiniz. Yarış barədə nə deyə bilərsiniz?
- Dünya çempionatı möhtəşəm keçdi. Yüksək təşkilatçılıq və mübarizə əzmi, azarkeşlərin böyük marağı məni valeh etdi. Fikrimcə, biz fantastik və yüksək səviyyəli dünya çempionatının şahidi olduq.
 
- Bu dünya çempionatında kanoeçilərimiz 1 qızıl, 3 gümüş medal qazandılar...
- Azərbaycanın kanoe yığmasının göstərdiyi nəticə mənim üçün yeni deyil. Ölkənizin çox yaxşı atletləri var və onlar yüksək nəticələr göstərirlər. Çox güclü komandaya maliksiniz. Düşünürəm ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında bir neçə medal qazana bilərsiniz.
 
- Valentin Demyanenko artıq 3 qat dünya çempionudur. Onun barəsində nə deyə bilərsiniz?
- Demyanenkonun çoxlu pərəstişkarı var, barəsində jurnalistlər də çox yazırlar. Buna dünya çempionatında da şahidlik etdik. Demyanenko olimpiadada da uğurlu çıxış etmək üçün çox böyük imkanlara malikdir.
 
- Siz bu il 9 – 13 martda Azərbaycanda səfərdə oldunuz və Mingəçevir şəhərində istifadəyə verilən “Kür” Olimpiya Mərkəzinə baş çəkdiniz. Yaxın vaxtlarda ölkəmizdə nüfuzlu beynəlxalq yarışların təşkili mümkündürmü?
- Nüfuzlu yarışa təşkilatçılıqdan öncə vaxt və təcrübə lazımdır. Macarıstandakı dünya çempionatının təşkilati işlərinə 500-dən çox insan cəlb olunmuşdu. Azərbaycanda böyüklər arasında dünya çempionatı keçirməmişdən öncə Avropa çempionatı və ya yeniyetmələr arasında dünya birinciliyi təşkil etmək olar. Sonra isə dünya çempionatı keçirmək mümkündür. Niyə də olmasın? Mən özüm Azərbaycanda səfərdə olarkən Mingəçevir şəhərində Beynəlxalq Prezident Kuboku adlı yaxşı reqatanın şahidi oldum. Azərbaycanda kanoe növü inkişaf edir. Gözəl baza istifadəyə verilib. Digər tərəfdən, 1960-cı il Roma Yay Olimpiya Oyunlarından sonrakı bütün dünya çempionatları yüksək səviyyədə təşkil olunub. Yenə deyirəm, belə yüksək səviyyəli yarış keçirmək üçün Azərbaycana vaxt və təcrübə lazımdır.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub