7 avqust 2011 00:08
Azərbaycandan İsrailə növbəti zərbə
Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə hazırlıq üçün təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Quba Olimpiya Kompleksində 10 günlük toplanışdan sonra İsrailə gedən yığmamız məhz bu ölkədə hazırlıq keçir.
Komandamız İsraildə təlim-məşq toplanışları ilə bərabər yoldaşlıq görüşləri də keçirir. Millimiz İsrail yığma komandası ilə daha bir görüş keçirib. Faiq Qarayevin yetirmələri bu dəfə də qələbə qazanıblar - 3:1 (25:17, 17:25, 26:24, 25:19).
Xatırladaq ki, Azərbaycan bu toplanış çərçivəsində bundan öncə İsraillə daha iki 2 yoldaşlıq görüşü keçirmişdi. Voleybolçularımız bu görüşlərin hər ikisində 3:1 hesabı ilə qalib gəlmişdilər.
Qeyd edək ki, bu ilki qitə çempionatının final mərhələsi sentyabrda iki ölkədə - Serbiya və İtaliyada keçiriləcək.
