5 avqust 2011 15:06
Azərbaycandan İsrailə ikiqat zərbə
Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə hazırlıq üçün təlim-məşq toplanışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Quba Olimpiya Kompleksində 10 günlük toplanışdan sonra yığmamız İsrailə gedib.
Komandamız İsraildə təlim-məşq toplanışları ilə bərabər yoldaşlıq görüşləri də keçirir. Artıq millimiz İsrail yığma komandası ilə 2 yoldaşlıq görüşü keçirib. Voleybolçularımız bu görüşlərin hər ikisində 3:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu ilki qitə çempionatının final mərhələsi sentyabrda iki ölkədə - Serbiya və İtaliyada keçiriləcək.
