3 avqust 2011 11:12

Çempiondan transfer nöqtəsi (FOTO)

Azərbaycan çempionu “Rabitə” növbəti mövsümün hazırlıqlarını yekunlaşdırmaq üzrədi. Azerisport.az xəbər verir ki, paytaxt klubu yeni mövsüm öncəsi son transferini rəsmiləşdirib.
 
Belə ki, Amerika milli komandasının istedadlı ötürücüsü Meri Nelli Spayser növbəti mövsümdən etibarən Çempionlar Liqasının finalçısının şərəfini qoruyacaq. “Rabitə” yeni voleybolçusu ilə 1 mövsümlük müqavilə bağlayıb.
 
1987-ci il doğumlu  oyun qurucusu 175 sm boya malikdi. Amerika yığmasının heyətinə 2005- ci ildən etibarən müxtəlif turnirlərdə cəlb olunan gənc voleybolçu ölkəsinin ən istedadlı ötürücülərindən biri hesab olunur. Son mövsümü Polşa çempionatının  “Budqoş” komandasında keçirən Spayser inamlı oyunuyla kifayət qədər çoxlu azarkeş rəğbəti qazanıb.
 
Hal-hazırda yığmanın düşərgəsində olan voleybolçu 4-18 noyabr aralığında Yaponiyada milli komandalar arasında təşkil olunacaq  Dünya Kubokundan sonra “Rabitə”nin düşərgəsinə qoşulacaq.
 
Bununla da “Rabitə”də çıxış edən amerikalı voleybolçuların sayı ikiyə yüksəlib. Xatırladaq ki, bundan öncə klub ötən mövsüm də “Rabitə”də oynayan digər amerikalı oyunçu  Kimberli Qlassla da müqavilə yeniləmişdi. Kimberli Qlassın da Meri Spayserlə birgə 4-18 noyabr aralığında  Yaponiyada milli komandalar arasında keçiriləcək Dünya Kubokundan sonra “Rabitə”nin düşərgəsinə qoşulması gözlənilir. Bu isə o deməkdi ki, “Rabitə” 8-14 oktyabrda Doha şəhərində təşkil olunacaq FİVB Klublararası Dünya Çempionatında bu iki voleybolçunun xidmətindən istifadə edə bilməyəcək.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub