2 avqust 2011 16:51
Türkiyə millisinin üzvü rəsmən Bakı klubunda (FOTO)
Azərbaycan voleybolu tarixində ilk dəfə FİVB Klublararası Dünya Çempionatında, habelə Avropa Çempionlar liqasında iştirak edəcək “Rabitə” voleybol komandası heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu uzun illər Türkiyə milli komandasının şərəfini qoruyan oyun qurucusu Pelin Çelik ilə anlaşıb.
1982-ci il doğumlu 172 sm boya malik olan Pelin Çelik karyerası ərzində “Vakıfbank”, “Fenerbahçe”, “Beşiktaş”, “Karşıyaka” kimi komandaların formasını geyinməklə yanaşı 275 dəfə Türkiyə Milli komandasının şərəfini qoruyub.
