29 iyul 2011 18:54
Yığma komandamız İsrailə gedir
İyulun 31-də Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası Avropa çempionatına hazırlıq məqsədi ilə İsrailə yola düşəcək. Azerisport.az xəbər verir ki, bu haqda Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
İsraildə təlim-məşq toplanışında millimiz bu ölkənin yığması ilə bir neçə yoldaşlıq oyunu da keçirəcək.
Xatırladaq ki, İsrail millisi də İtaliya və Serbiyada təşkil olunacaq Avropa çempionatının iştirakçısıdı.
