3 iyul 2011 01:14
Rabitə və Azərreylin ÇL-dəki oyunlarının təqvimi müəyyənləşdi
Azərbaycanın voleybol klublarının Çempionlar Liqasının 2011/12 mövsümündəki rəqibləri ilə oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq həm ölkə çempionu “Rabitə”, həm də “Azərreyl”in öz yarımqruplarındakı görüşlərinin tarixləri bəllidi.
Maraq üçün xatırladaq ki, B qrupunda yer alan “Rabitə” “Mulhauz” (Fransa), “Fenerbahçe” (Türkiyə) və “Dresdner”lə (Almaniya) eyni qrupda yer alıb.
“Azərreyl” isə D qrupunda “Bergamo” (İtaliya), “Vakıfbank” (Türkiyə) və “Konstanza 2004” (Rumıniya) ilə eyni qrupa düşüb.
Klublarımızın oyunlarını təqvimi isə aşağıdakı kimidi:
30 noyabr: Rabitə – Mulhauz; Konstanza 2004 – Azərreyl
7 dekabr: Dresdner – Rabitə; Azərreyl – Bergamo
14 dekabr: Fenerbahçe (Турция) – Rabitə; Azərreyl – Vakıfbank
21 dekabr: Rabitə – Fenerbahçe; Vakıfbank – Azərreyl
11 yanvar 2012-ci il: Rabitə – Dresdner; Bergamo – Azərreyl
17 yanvar 2012-ic il: Azərreyl – Konstanza 2004; Mulhauz – Rabitə
Qeyd edək ki, oyunların keçirilmə vaxtında 1 gün dəyişiklik edilə bilər.
