3 iyul 2011 14:00
İtaliyalı voleybolçu Bakı klubunda (FOTO)
Azəbaycanın “Azərreyl” voleybol klubu heyətinə daha bir ulduz oyunçunu qatıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu ölkəmizi təmsil edəcəyi Çempionlar Liqası ərəfəsində italiyalı Sara Anzanello ilə güclənib.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü bu voleybolçu 1.93 m boya malikdi. 1994-cü ildən peşəkar voleybolda olan Sara çoxsaylı İtaliya klubunun heyətində çıxış edib. Onun son klubu isə “Villa Cortese” olub. Bu klubda 2009-cu ildən çıxış edən Anzonello bundan sonrakı karyerasını məhz Azərbaycanda davam etdirəcək.
Qeyd edək ki, Sara daha çox öz blokları ilə məşhur olan voleybolçulardandı.
