2 iyul 2011 00:47
Dördlər Finalı Bakıda keçiriləcək
Azərbaycanın paytaxtı Bakı şəhərinin voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi etməsinin mümkünlüyü haqda xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu iddia ilə birdən-birə iki klubumuz çıxış etmişdi.
Belə ki, həm Azərbaycan çempionu “Rabitə”, həm də “Azərreyl” klubları çıxış edəcəkləri bu turnirin “Dördlər Finalı”na ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürmüşdü. Dünən Avstriyanın paytaxtı Vyanada ÇL-in 2011/12 mövsümünün püşkatma mərasimində “Dördlər Finalı”nın harda keçiriləcəyi də açıqlanıb. Bildirilib ki, bu mötəbər turnirin həlledici görüşləri məhz Azərbaycanda təşkil olunacaq.
Lakin hələlik rəsmi ev sahibi olaraq “Azərreyl” və ya “Rabitə”nin təsmil olunacağı bilinmir.
