2 iyul 2011 12:22
ÇL yeni formatda keçiriləcək
Voleybol üzrə Çempionlar Liqasının 2011/12 mövsümü yeni formatla keçiriləcək. Azerisport.az xəbər verir ki, dörd komandadan ibarət olan 5 qrupdan ilk 3 yeri tutmuş komandalar pley-offa vəsiqə qazanacaq.
Bundan əlavə ən yaxşı göstəriciyə malik bir dördüncü olacaq komanda da növbəti mərhələyə adlayacaq. Belədə, pley-offda 16 komandanın iştirakı mümkün olacaq.
Qeyd edək ki, ÇL-in yeni mövsümündə Azərbaycanı iki klub təmsil edəcək və turnirin həlledici məhrələsi – “Dördlər Finalı” Bakıda təşkil olunacaq.
A qrupu: “Kann” (Fransa), “Villa-Kortese” (İtaliya), “Sveriner” (Almaniya), “Eczaçıbaşı” (Türkiyə).
B qrupu: “Rabitə” (Azərbaycan), ASPPT (Fransa), “Fenerbahçe” (Türkiyə), “Dresdner” (Almaniya).
C qrupu: “Dinamo” (Kazan, Rusiya), “Sopot” (Polşa), “Volero” (İsveçrə), “Prosteyov” (Çexiya).
D qrupu: “Azərreyl” (Azərbaycan), “Bergamo” (İtaliya), “Vakıfbank” (Türkiyə), “Konstanza 2004” (Rumıniya).
E qrupu: “Skavolini” (İtaliya), “Muşina” (Polşa), “Dinamo” (Moskva, Rusiya), “Crvena Zvezda” (Serbiya).
