2 iyul 2011 00:08
Rabitə və Azərreyl ÇL-də rəqiblərini tanıdı (YENİLƏNİB)
Avstriyanın paytaxtı Vyanada voleybol üzrə Çempionlar Liqasının 2011/12 mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək ölkə çempionu “Rabitə” və “Azərreyl” də rəqiblərini tanıyıb.
“Rabitə” ASPPT (Fransa), “Fenerbahçe” (Türkiyə) və “Dresdner” (Almaniya) ilə eyni qrupa düşüb.
“Azərreyl” isə “Bergamo” (İtaliya), “Vakıfbank” (Türkiyə) və “Konstanza 2004” (Rumıniya) ilə eyni qrupa düşüb.
Digər qrupların tərkibi isə belədi:
A qrupu: “Kann” (Fransa), “Villa-Kortese” (İtaliya), “Sveriner” (Almaniya), “Eczaçıbaşı” (Türkiyə).
C qrupu: “Dinamo” (Kazan, Rusiya), “Sopot” (Polşa), “Volero” (İsveçrə), “Prosteyov” (Çexiya).
E qrupu: “Skavolini” (İtaliya), “Muşina” (Polşa), “Dinamo” (Moskva, Rusiya), “Crvena Zvezda” (Serbiya).
