1 iyul 2011 14:53
Bakı ÇL-in Dördlər Finalına ev sahibliyi edə bilər
Azərbaycan paytaxtı Bakı şəhəri voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edə bilər. Azerisport.az xəbər verir ki, bu iddia ilə birdən-birə iki klubumuz çıxış edib.
Belə ki, həm Azərbaycan çempionu “Rabitə”, həm də “Azərreyl” klubları çıxış edəcəkləri bu turnirin “Dördlər Finalı”na ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb.
Xatırladaq ki, ÇL-in 2011/12 mövsümündə Azərbaycan məhz “Azərreyl” və “Rabitə” ilə təsmil olunacaq.
