29 iyun 2011 11:23
Serbiya millisinin üzvü Bakı klubunda!
Avropa Çempionlar Liqasında çıxış edəcəcəyi dəqiqləşən və bu mövsüm qarşısına kifayət qədər ciddi hədəflər qoyan voleybol üzrə Azərbaycan çempionu “Rabitə” komandası heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, komandamız heyətinə daha bir ulduz oyunçu qatmağa nail olub.
Belə ki, 2007-ci il Avropa Çempionatının gümüş mükafatçısı, Serbiya illi komandasının üzvü, 1984-cü il doğumlu Yasna Maystroviç növbəti mövsümdən etibarən son Azərbaycan çempionunun çərəfini qoruyacaq.
Karyerası ərzində “Beşiktaş”, “Volero Sürix”,”Postar Belqrad” kimi komandaların heyətində mücadilə edən 180 sm boya malik olan oyunçu 4-cü zona hücumçusu olub, top qəbulu komponentində kifayət qədər inamlı təsir bağışlayır. Bu oyunçunun “Rabitə”nin arxa zonadakı oyununa güc qatacağı proqnozlaşdırılır.
