15 iyun 2011 21:00
Yığmamızın kapitanı yenidən paytaxt klubunda
"Azərreyl" heyətini Azərbaycan yığmasının kapitanı ilə gücləndirir. Azerisport.az xəbər verir ki, Bakı klubu Oksana Parxomenkonu heyətinə qatmağa yaxındı.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Azərreyl" üç illik fasilədən sonra Parxomenkonu heyətinə qaytarır. Oksana son iki mövsümü Moskva "Dinamo"sunda keçirib. 27 yaşlı voleybolçu ilə 1 illik rəsmi müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Parxomenko 2001-2008-ci illərdə də "Azərreyl"in şərəfini qoruyub. 2008-2009 mövsümündə "Fənərbaxça"da forma geyinib.
