6 iyun 2011 14:50
Millimizin kapitanı İstanbulda evləndi (FOTO)
Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko evlənib. Azerisport.az xəbər verir ki, idmançımız iyunun 4-də statistik məşqçi Onat Kurtla İstanbulda nigah bağlayıb.
Kalender Ordu evində düzənlənən nigah və toy mərasimində Oksananın nigah şahidi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, "Fenerbahçe"nin İdarə Heyətinin üzvü Yasemin Merçil və Demet Kutluay, Onat Kurtun nigah şahidi isə Acıbadem Sağlık Qrupunun İdarə Heyətinin rəhbəri Mehmet Ali Aydınlar, "Fenerbahçe"nin İdarə Heyətinin üzvü Hakan Dinçay və basketbolçu İbrahim Kutluay olub. Mərasimdə 300-ə yaxın qonaq iştirak edib.
